
Siyasət
29-01-2023, 20:16
180
İlham Əliyev Macarıstana getdi - Fotolar + Video + Yenilənib
ÖNDERTV.ORG
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib.
ÖNDERTV.ORG xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.





ÖNDERTV.ORG