Moldovanın Baş naziri Azərbaycana gəlib
10-10-2022, 11:49
83

Moldovanın Baş naziri Azərbaycana gəlib

Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib.
ÖNDERTV.ORG xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Nataliya Qavrilitsanı Baş nazirin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşılayıblar.







ÖNDERTV.ORG

Oxşar xəbərlər