Niderland XİN İrandakı səfirliyimizə hücumu pislədi
27-01-2023, 20:19
84

Niderland XİN İrandakı səfirliyimizə hücumu pislədi

ÖNDERTV.ORG


“Azərbaycanın İrandakı səfirliyinə hücum aktını pisləyirik”.

ÖNDERTV.ORG  xəbər verir ki, bunu Niderland Xarici İşlər Nazirliyi (XİN) tviter səhifəsində bildirib.

"Niderland Azərbaycanın İrandakı səfirliyinə bu gün baş verən zorakı hücum aktını pisləyir. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı istənilən hücum tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmasını diləyirik”, - deyə Niderland XİN-dən vurğulanıb.





ÖNDERTV.ORG

Oxşar xəbərlər