Dünya
7-08-2022, 09:40
86
Kosovoda polisə silahlı hücum oldu
Kosovonun şimalında yerləşən, serblərin çoxluq təşkil etdiyi Zubin Potok bələdiyyəsində Sərhəd Nəzarəti Polis İdarəsinin polis əməkdaşlarına silahlı hücum olub.
“Öndərtv.org” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kosovo Polisi açıqlama yayıb.Bildirilib ki, polislər Qazivoda bənd gölündə patrul gəmisində olarkən silahlı hücuma məruz qalıblar.
Hücum zamanı xəsarət alanın olmadığı bildirilən açıqlamada “10-a yaxın atəş açılıb” qeyd edilib.
Sərhəd Polisi Çevik Müdaxilə Bölməsi qruplarının hadisə yerinə gələrək araşdırmalara başladığı vurğulanıb.