YAŞA AZƏRBAYCAN..
20-01-2023, 10:07
184

YAŞA AZƏRBAYCAN..

ÖNDERTV.ORG
20 YANVAR Qanla yazıldı Şanlı Azerbaycanın tarixinə. Allah Şəhidlərimizin məkanını behişt eləsin.
Hər dəfə Ruslar tərəfindən bizə qarşı törədilən hakksızlıklar,  tökülən Şəhidlərimizin qanı, Qazilərimizin faciəsi, bizim göz yaşımız ilə bitmişdir. Həmişə kayb edən tərəf biz olmuşuq. Bu qəddar və amansız fəlakətlər  dəfələrlə müxtəlif senaryolarla bizə oynanmış hakksızlıklardı. Sonuncu sandığımız 20yanvar 1990ci il qanlı bazar günündə bu özünü açıq aydın biruzə verdi.. Amma...bu hələ son deyilmiş. 3000dən çox ŞƏHİD, saysız-hesabsız Qazilərimizin qanı bahasına qalib gəlib, işğaldan azad etdiyimiz torpaqlarımızın və eləcə də ermənilərin tatlı röya  xülyası olan məhşur Lacın koridorunun aqibəti çox acınacaqlı haldadır. Qızıl yataqlarımız, Zod dağı yad ellərə daşınır. Hələ də rus tərəfinin bizə müəmmalı şəkildə təzyiqləri davam edir. Rus sülhmeramlılarının öz niyyətlərini nə məqsədlə həyata keçirmələri ötən günkü mətbuat konfransında gün kimi aydın oldu. Amma.. bu belə qalmayacaq. Artıq biz 35 il əvvəki, içimizdən parçalanmış AZERBAYCAN deyilik..
Bu özbaşınalığa "DUR"- deməyin vaxtı çatmışdır.
İndi bizim Ali Baş Komandanın güclü  dəmir yumuruğu, güclü Şanlı Ordumuz və bunlarla qürur duyan bir XALQIMIZ var. Baş redaktor Kamran Orucov başda olmaqla 
ONDERTV.ORG xeber portalı kollektivi adından  Dövlətimi və Xalqımı dəstəkləyir: Dərdinizə şərikik mənim humanist xalqım, başın sağ olsun VƏTƏN..- deyirik. 
ONDERTV.ORG İcraçı direktor: Naile Muradova.


ÖNDERTV.ORG

Oxşar xəbərlər