Ukraynada nazir və birinci müavini helikopter qəzasında həlak oldular
18-01-2023, 12:34
90

Ukraynada nazir və birinci müavini helikopter qəzasında həlak oldular

 
ÖNDERTV.ORG

Xəbər verdiyimiz kimi, Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb.
 
ÖNDERTV.ORG- un Ukrayna mediasına istinadən məlumatına görə, qəza nəticəsində helikopterdə olan Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olublar.
Xatırladaq ki, qəza nəticəsində 2-si uşaq olmaqla 16 nəfər həlak olub. Daha 22 nəfər isə yaralanıb.
Qeyd edək ki, 42 yaşlı D. Monastırski 2021-ci ildə Ukraynanın daxili işlər naziri təyin edilib.
 
ÖNDERTV.ORG

Oxşar xəbərlər