ABŞ Qarabağ məsələsində Rusiya ilə "RAZILAŞIR" - Hər iki dövlət Fransanın ...
16-01-2023, 17:52
84

ABŞ Qarabağ məsələsində Rusiya ilə "RAZILAŞIR" - Hər iki dövlət Fransanın ...

ÖNDERTV.ORG


"Fransa Milli Assambleyasının sədrinin İrəvana səfəri və Qarabağla bağlı ölkəsinin mövqeyini elan etməsi bizi təəccübləndirməməlidir. Çünki nəticədə burada Fransanın mövqeyi və ənənəvi siyasəti dəyişməz olaraq qalır".
Bunu açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Fransanın Qarabağla bağlı planlarına ABŞ da qarşıdır:
"Fransa indi də Bakya qarşı Amerikanın keçmiş prezidenti Vudro Vilsonun dediyi kimi "dəyənək və kökə" üsulundan istifadə etmək istəyir. Fransa ənənəvi olaraq Azərbaycanı diplomatik yollarla sıxışdırmağa çalışır. Məsələn 44 günlük müharibədə həmin Senatın hər iki palatası qondarma "Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanıdı, eyni şəkildə Azərbaycanı və Türkiyəni müharibə dövründə sanksiyalar qoyulacağı ilə bağlı açıq şəkildə hədələdilər, Azərbaycan əleyhinə guya burada İŞİD-çilər, terrorçular döyüşür deyə böyük media kampaniyası başladı. Ancaq biz yenə sonra noyabrda Fransa senatının Azərbaycan əleyhinə Qətnaməsini gördük. 
Çox keçmədi, sonra müharibə dövründə Fransa Prezident Adminstrasiyası və XİN açıqlama verdi ki, xarici siyasəti biz müəyyən edirik. Azərbaycana qarşı bu sanksiya layihəsi Avropa Parlamentinə təqdim olundu, ancaq orada qəbul olunmadı. Eyni şəkildə yenə Fransa dövlət nümayəndəsi çıxış edərək "Hələ bütün diplomatik yollar tükənməyi, ona görə də biz Qarabağ məsələsində hələ ki, danışıqlara inanırıq. Hələ ki, Qarabağın "müstəqilliyini" tanımağa çalışmırıq" deməklə Azərbaycana təzyiq edəcəklərini düşünürlər.
Yəni bu həm də o deməkdir ki, əgər danışıqlar tükənərsə, biz yenə qondarma Qarabağın "müstəqilliyini atnıya bilərik və yaxud bu cür üsullarla Azərbaycana təzyiq etməyi düşünürlər. Amma burada bir şeyi unudurlar ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil. Bundan əvvəl də bu cür təzyiq mexanizmindən istifadə etməyə çalışıblar və hər birində onlar geri çəkilib.
Daha əvvəllər də onların bu cür çıxışları nəticəsiz qalıb. Burada iki fərqli məqamı da dilə gətirmək lazımdır. Birincisi, nə ABŞ, nə Böyük Britaniya bölgədə Fransanın təklifini qəbul etmədilər. Yəni onlar bölgədə nə Fransanın güclənməyini istəyir, nə də ki, "Fransanın təklif etdiyi Rusiya ilə birgə beynəlxalq hərbi kontingent gətirilsin" məsələsinə razılıq verməyiblər.
Daha bir məqam isə Avropa ittifaqı indiki dönəmdə Rusiyaya embarqo qoyduğu bir şəraitdə aydın məsələdir ki, Azərbaycan qazından imtina etməyəcəkdi. Ona görə də Fransa bu təklifi qəbul etmədi, eyni zamanda Azərbaycan-Ermənistan sərhəddinə göndərdiyi müvəqqəti müşahidə missiyasının müddətinin də sadəcə Azərbaycanın razılığı ilə uzadacağını bildirdi. Yəni bununla Avropa İttifaqına Fransanın təqdim etdiyi  "Azərbaycanın qaz resurusları əleyhinə" bu sanksiya paketi də demək olar ki, heç təqdim olunmamış geri çevrildi, qəbul edilmədi.
Əlbəttə ki, Fransa yenə öz həmlələrini davam etdirir. Burada əsas məqsəd odur ki, ən azından Azərbaycan-Ermənistan sərhəddinə Fransa öz hərbi bazasını yerləşdirmək istəyirdi, Azərbaycanın kəskin etirazı ilə qarşılaşdı. Eyni zamanda Rusiya da bunun əleyhinədir. İndi Fransa əgər Qarabağa və ya Ermənistan-Azərbaycan sərhəddinə öz ordusunu yerləşdirə bilmədisə, ən azından indi də rus qoşunlarının Ermənistandan çıxarılmasını və bunun əvəzinə BMT mandatına qarışıq bir ordu yerləşdirmək istəyir. 
Maraqlı tərəfi ondan ibarətdir ki, ABŞ buna açıq icazə verməyəcək. Çünki onlar hər hansı şəkildə Rusiya ilə ortaq şəkildə bir proqramın içində olmaq istəmirlər. Rusiya ABŞ ilə ortaq hərbi baza qurmaq istəmir. Buna görə də böyük ehtimalla Fransanın təklifindən birinci ABŞ imtina edəcək, eyni zamanda digər tərəfdən baxsaq, Rusiyanın da bunu heç bir halda qəbul etməyəcəyi aydındır. Rusiya heç Xankəndində ortaq baza məsələsini qəbul etmir, o ki qaldı ayrıca şəkildə Rusiya Ermənistandakı öz bazasını hansısa BMT və ya Fransa ordusu ilə əvəzləməyi qəbul edə".

ÖNDERTV.ORG

Oxşar xəbərlər