Politoloq: Azərbaycan Prezidenti BMT TŞ-da Fransanın hazırladığı təklifin rədd edilməsinə nail oldu
31-12-2022, 14:15
96

Politoloq: Azərbaycan Prezidenti BMT TŞ-da Fransanın hazırladığı təklifin rədd edilməsinə nail oldu

 
ÖNDERTV.ORG

“2020-ci ilin 44 günlük müharibəsində olduğu kimi bu dəfə də Makron BMT Təhlükəsizlik Şurasında sentyabr hadisələri və Laçın dəhlizində baş verənlərlə bağlı ölkəmizə qarşı qorxunc plan üzrə işləməkdədir”.
 ÖNDERTV.ORG-un xəbərinə görə, bunu “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının sosial iş, təlim - tərbiyə, təşkilati məsələlər üzrə müşaviri Zaur Məmmədov bildirib.
Zaur Məmmədov deyib ki, bu planlardan biri də BMT Təhlükəsizlik Şurasında (TŞ) dekabr ayındakı müzakirələrin yekunu olaraq Azərbaycana qarşı ilk əvvəl bəyanatın, daha sonra isə, qətnamənin qəbul edilməsi idi: "Hətta iş o yerə çatmışdı ki, 20- 21 dekabr BMT TŞ müzakirələri zamanı və son 10 gün ərzində Fransanın təşkilatdakı təmsilçisi dayanmadan israrla "Azərbaycanın üzərinə humanitar fəlakətə bais olan subyekt" adını vermək istəyirdi. Lakin Yekun Bəyanat BMT TŞ-nın daimi və qeyri daimi üzvləri arasında mübahisə doğurub. Rusiya, BƏƏ, Albaniya və Böyük Britaniya Fransa tərəfindən hazırlanan mətnə düzəlişlər etməyi istəyib, nəticədə bu ölkələrin qəti mövqeyi nəticəsində son mətn qəbul edilməyib. Rusiya nümayəndəsi ilə Fransa nümayəndəsi arasında disputun da əsas özəyini məhz Parisin müzakirələrin yekunu olaraq konkret mətnin üzərində dayanması təşkil edib. Lakin Paris tərəfindən hazırlanan mətn rədd edilib, "Dağlıq Qarabağ" ifadəsi çıxarılaraq "humanitar yardım olanda bu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır" və sair kimi təkliflər yer alıb. Yuxarıda sadalanan amil bir daha Ermənistan-Azərbaycan məsələsi ilə bağlı Azərbaycan əleyhinə kampaniyanın Makronun birbaşa başçılığı altında bu ölkənin Prezident Administrasiyası səviyyəsində aparıldığını təsdiq edir. Lakin Makron bu dəfə də istəyinə çatmadı. Azərbaycan Prezidenti həyata keçirdiyi çoxşaxəli və nəticəli siyasəti nəticəsində BMT TŞ-da Fransanın hazırladığı təklifin rədd edilməsinə nail oldu”.


 
ÖNDERTV.ORG

Oxşar xəbərlər