Vardanyan Xankəndidəki xaos HAQDA: Varlılar gedir, benzin gizlədilir...
8-01-2023, 20:37
100

Vardanyan Xankəndidəki xaos HAQDA: Varlılar gedir, benzin gizlədilir...

ÖNDERTV.ORG

Xankəndidəki separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan Qarabağ sakinlərindən birinin bir neçə ton benzin aldığını, onu "əməliyyat qərargahına" ötürmədiyini, ancaq ailəsinin maşınları üçün istifadə etdiyini bildirib.
ÖNDERTV.ORG bizim.media-ya istinadən xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, Vardanyan "bir varlı ailənin öz əlaqələrindən istifadə edərək tətilə getməsindən" də narazı qalıb.
O, daha sonra mağaza sahiblərini ancaq qohum və tanışlarına mal paylamaqda ittiham edib.
Vardanyan yekunlaşdıraraq deyib ki, "biz hamımız bir qayıqdayıq və hər şeyi paylaşmalıyıq".


ÖNDERTV.ORG

Oxşar xəbərlər