“Azərbaycan üçün qonşularla münasibətlər prioritet olaraq qalıb” - XİN
29-12-2022, 20:59
91

“Azərbaycan üçün qonşularla münasibətlər prioritet olaraq qalıb” - XİN

ÖNDERTV.ORG

“Ölkəmiz ikitərəfli münasibətlərin inkişafı istiqamətində əməli tədbirlər görüb”.
ÖNDERTV.ORG xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.
Məlumatda bildirilib ki, 2022-ci il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursunu uğurla həyata keçirib:
"Beynəlxalq münasibətlər sistemində artmış gərginlik və bununla bağlı yaranmış çağırışlar fonunda xarici siyasətimiz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlətimizin milli maraqlarının təmin olunmasına, Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsinə, o cümlədən milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib.
2022-ci il ərzində xarici dövlətlərlə ikitərəfli münasibətlərin daha da inkişafı istiqamətində əməli tədbirlər görülüb. Bununla yanaşı, Azərbaycan bir çox dövlətlər ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib. Bu istiqamətdə, həm Azərbaycanda, həm də aidiyyəti ölkələrdə müxtəlif tədbirlər həyata keçirilib. Xarici İşlər Nazirliyində 19 ölkə ilə diplomatik əlaqələrin 30 illiyinə, 1 ölkə ilə isə diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş tədbirlər təşkil olunub, foto və sənədlərin sərgiləri nümayiş etdirilib. Ümumilikdə, 69 ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi, 2 ölkə ilə isə 25 illiyi qeyd olunub. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan üçün qonşuları ilə münasibətləri prioritet olaraq qalıb".



ÖNDERTV.ORG

Oxşar xəbərlər