Tezliklə “3+3” platformasının iclası keçirilə bilər
10-12-2022, 11:13
78

Tezliklə “3+3” platformasının iclası keçirilə bilər

“3+3” formatında regional əməkdaşlıq platformasının növbəti iclası gələcək aylarda keçirilə bilər”.

ÖNDERTV.ORG  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar açıqlayıb. 
Onun sözlərinə görə, hazırda təşkilati məsələlərlə bağlı detallar üzərində iş aparılır. 
Xatırladaq ki, “3+3” platformasının ilk iclası ötən il dekabrın 10-u Moskvada keçirilib. İclasda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və İran nümayəndələri iştirak edib. Gürcüstan isə sözügedən platformada iştirakdan imtina edib.


ÖNDERTV.ORG 




Oxşar xəbərlər