Bakıda MDB Qərargah Rəisləri Komitəsinin iclası keçirilir
12-10-2022, 21:12
132

Bakıda MDB Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası bu gün Bakıda öz işinə başlayıb.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, iclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

ÖNDERTV.ORG

Oxşar xəbərlər