Aİ səfiri “Qarabağ”ın qələbəsindən yazdı - Foto
11-08-2022, 09:19
138

Aİ səfiri “Qarabağ”ın qələbəsindən yazdı - Foto

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Qarabağ” futbol klubunun oyununu möhtəşəm adlandırıb.

Öndərtv.org” xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb.
“Bir daha təbrik edirəm. “Qarabag” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Növbəti möhtəşəm futbol matçı!” – deyə səfir qeyd edib.
Qeyd edək ki, avqustun 9-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) komandaları arasında cavab oyunu keçirildi.  “Qarabağ” 3:1 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının pley-off-una yüksəlib. “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı ilk matçını avqustun 17-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq.



Oxşar xəbərlər