Gömrük əməkdaşları üçün 1,6 milyon manatlıq yeni xidmət geyimləri alınacaq
Bu gün, 19:05
0

Gömrük əməkdaşları üçün 1,6 milyon manatlıq yeni xidmət geyimləri alınacaq

ONDERTV.ORG

Dövlət Gömrük Komitəsi əməkdaşları üçün yeni xidməti geyimlər alacaq.
layihənin ehtimal olunan dəyəri 1 milyon 592 min manat təşkil edir.
Belə ki, gömrük orqanlarının baş, orta rəis və kiçik rəis heyəti üçün müxtəlif növ xidmət geyimləri alınacaq. 
Texniki tələblərə görə, geyimlər açıq mavi, qara və boz rəngli kamuflyaj naxışında hazırlanmalı, su keçirməyən, eyni zamanda hava keçirmə xüsusiyyətinə malik yüksək keyfiyyətli parçadan tikilməlidir. 
Bu satınalmanın məqsədi gömrük əməkdaşlarının xidməti geyimlə təminatını yeniləmək, onların vahid geyim standartlarını qorumaq və xidmət zamanı rahatlıq, davamlılıq və peşəkar görünüşü təmin etməkdir.

Oxşar xəbərlər