Əli Əsədovla Samir Nuriyevin başçılığı altında nümayəndə heyəti Şərqi Zəngəzura səfər etdi - Fotolar
1-11-2022, 20:57
86

Əli Əsədovla Samir Nuriyevin başçılığı altında nümayəndə heyəti Şərqi Zəngəzura səfər etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, noyabrın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib.

VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olub.

 “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanında görülmüş işlər barədə məlumat verib.

Daha sonra heyət Qubadlı şəhərinə yola düşüb, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qubadlı şəhərinin Baş planı barədə məruzə ilə çıxış edib.

Heyət 110 kV-luq “Qubadlı” yarımstansiyasına da baxış keçirib. “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev yarımstansiyada görülən işlər barədə məlumat verib.


VETENİM-AZƏRBAYCANDIR.AZ

Oxşar xəbərlər