
Gündəm
22-05-2025, 17:01
208
Mikayıl Cabbarov Əlcəzairdə İslam İnkişaf Bankının təhvilalma mərasimində iştirak edib
ONDERTV.ORG
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildəki İllik Toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı Əlcəzairdə ev sahibliyini təhvilalma mərasimində iştirak edib.barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Ölkəmizə göstərilən yüksək etimada görə İİB Qrupuna təşəkkürümüzü bildiririk. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin islam maliyyə institutları ilə əməkdaşlığının güclənməsinə, yeni investisiya imkanlarının yaranmasına və dayanıqlı iqtisadi inkişafa təkan verəcək. Mərasim çərçivəsində, həmçinin İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantıları üçün təminatlara dair anlaşma memorandumu imzaladıq".