Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşdü
4-10-2023, 21:16
108

Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşdü

ÖNDERTV.ORG

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə nazir X hesabında paylaşım edib.
"Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu", - paylaşımda vurğulanıb.

Oxşar xəbərlər