Qubalı Şəhid qəhrəmanımız Rəvan Əliyevin qısa və şərəfli ömür yolu.
20-10-2022, 19:53
297

Qubalı Şəhid qəhrəmanımız Rəvan Əliyevin qısa və şərəfli ömür yolu.



Qalib, azad, bütöv, tam, başı uca bir ölkənin vətəndaşı olmaq olduqca qürurverici və gözəl bir hissdir. Amma bu statusa yiyələnmək üçün mütləqdir ki, hansısa məşəqqətlərə qatlanıb, nələrdənsə keçəsən.  Əyər mövzu Vətəndirsə keçiləcək can, töküləcək qan, veriləcək qurban cəsarəti, şücaəti, qəhrəmanlığı, mərdliyi, təəsübkeşliyi, qeyrəti ilə seçilən igid oğllar olur. İstər müstəqillik əldə edərkən istərsə də 30 illik əsirlik, iztirab yaşayan əbədi və əzəli torpağlarımızın  işğaldan azad olunması uğrunda gedən haqlı mübarizələrimizdə minlərlə belə oğullarımız müqəddəs Şəhidlik zirvəsinə ucalıb. Məhz onlar bizi öz canları bahasına bu yüksək ada sahibləndirdi. Bələ qəhrəmanlarımızdan, şəhadəti  ilə ölməzliyə, əbədiyaşarlığa imza atmış qardaşlarımızdan biri haqqında öz xatirələrimizi paylaşıb onun əziz xatirəsini anacağıq. Bu Vətən müharibəsi iştirakçısı, şəhid Rəvan Əliyevdir. Gəlin əvvəlcə Rəvanın qısa, lakin  tarixə zəfər yazan  vətən fədailəri ilə birgə düşən şərəfli və ləyaqətli ömür yoluna nəzər salaq.
Qəhrəmanımız  Rəvan Yusif oğlu Əliyev 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Uşaqlığı və gəncliyi Quba şəhərində keçib. 2007-ci ildə Quba şəhər Zaur Cəfərov adına 3 saylı tam orta (tədris dili-rus dili) məktəbin 1-ci sinifinə daxil olmuşdur. İkinci sinifdə oxuyarkən Quba şəhər  incəsənət məktəbində "Xalq çalğı alətləri" şöbəsində tar ixtisasında təhsil almağa başlayıb. Onunla yanaşı  Rəvan fortepiano dərslərində fəal iştirak edirdi. Gözəl şeirlər və mahnılar yazırdı. İdman növlərindən olan fudbolla da ciddi məşqul olurdu. Fudbolla "Təxri Fərman" la da təltif olunub. Barselona azarkeşi olan qəhrəmanımız ən böyük arzularından biri də Barselonaya gedib, sevdiyi komandasının oyununu canlı izləmək olmuşdur. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə  qəbul olub. Oranı bitirdikdən sonra  5 iyul 2019-cu ildə  Hərbi xidmətini Yevlax şəhərində yerləşən  Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinli Çevik hərəkət qüvvələrinin N-saylı hərbi hissəsində yerinə yetirib. Müharibənin ilk günlərində Ağdam, Fizuli və Cəbrayılda olan Rəvan daha sonra  Zəngilan döyüşlərində iştirak edib. Zəngilan ın Ağbənd qəsəbəsində gedən döyüşlərdə Əliyev Rəvan və döyüş yoldaşları pusquya düşür. Həmin döyüşə   88 zabit və əsgər heyəti qatılır. 81   nəfər pusquda çıxa bilir. Rəvanla bir yerdə yeddi şəhidimizə son nəfəsinədək döyüşərək onların (81 nəfərin) pusquda çıxmasına şərait yaradırlar. 22 oktyabr 2020-ci ildə ( qardaş kimi sevib, saydığı dayısı Azərin ad günü olan tarixdə) Əliyev Rəvan qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Bu döyüşdə şəhid olmus igid oğullar 7 gündən sonra  döyüş meydanından çıxartmaq mümkün olur. Rəvanın ailəsinə əvvəlcədən deyilmişdi ki, ürəyindən qəlpə yarası alaraq şəhid olub. Lakin sonradan bildirildi ki, (ekspertiza rəyindən sonra) snayper gülləsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Döyüş meydanında  son nəfəsinə qədər vuruşduğuna görə Ağbənd qəsəbəsində posta Rəvanın adı verilib. Sərhəd qoşunlarının qərargahlarından biri də Zəngilan da yerləşən dağ zirvələrinə birinə Rəvanın adı verilmişdir. Bundan başqa Quba şəhərindəki küçələrdən biri "Rəvan Əliyev" küçəsi qəhrəmanımız adını daşıyır. Rəvanın ailəsi tərəfindən  Şəhidimizin adına bulaq tikilib. Ailənin yeganə oğlu Rəvan Əliyev 29 oktyabr 2020-ci ildə (anasının ad günündən bir gün əvvəl) Quba Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid qəhrəmanımız Rəvan Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə  təltif olunub.
O, qədər ağrılı, o qədər çətindir ki, Rəvan haqqında yazmaq və danışmaq, onun yoxluğunu qəbullanmaq. Tam səmimiyyətimlə qeyd edeirəm ki, mən şəhid qardaşlarım haqqında yazarkən canımdan can gedir. O ailələrin nə yaşadığını, necə ömür etdiyini, hansı iztirablara yoldaş olduğunu, ürəklərinin necə qan ağladığını və eyni zamanda neçə qürurla və şəstlə həyata davam   etiklərini  yalnız onlarla üz-üzə oturarkən bilmək, anlamaq olur.Və mən də məhz o ailələrdə olarkən daha çox  bunların şahidinə çevrildim. Rəvanın çox gözəl bir ailəsi vardır. Mehriban xanım Rəvanı dünyaya gətirən  gözəl insan, əsl Azərbaycan xanımıdır. Yeganə oğul balasını  itirən çarəsiz insanın ürək dağlayan həyat hekayələrini dinlədim. Rəvanı ondan gözəl anlada bilən ikinci insan  yoxdur. Mehriban xanım uzun müddət dərin dipressiya yaşasa da şükürlər olsun ki, özünü toparlamağa müəssər oldu və sanki Rəvan üçün, onu adını yaşatmaq üçün yenidın dünyaya gəldi. Bəlkə də heç vaxt ağlına gəlməzdi ki, 30 illik işğala 44 gündə son qoyan vətən mücahidlərindən biri də onun yeganə dayağı olan oğlu Rəvan olacaq və yaşadığımız Quba rayonundan şəhadət dərəcəsinə yüksələn oğulların həyat hekayələrinin kitab müəllifi olacaqdır. Bəli 2021-ci ildə Mehriban xanımın “ Quba Şəhidlərinin ev muzeyləri ” adlı  kitabı işıq üzü gördü. Kitab II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Quba Şəhidlərinin  əziz xatirəsinə ithaf olunub. Kitabın ərsəyə gəlməsində bütün dəstəyi Şəhidimizin atası Yusif Əliyev özü icra etmişdir. Bu kitab ata və ananın az da olsa ürəklərini rahatlıyan bir vasitə oldu.
 Rəvanın bacısı Ləmanla isə daha əvvəldən tanış idim. Şəhidlər Xiyabanında  görürdüm hər zaman bu xanım qızımızı. Onun vətənpərvərliyi məni hər zaman cəlb edib. 
Qəhrəman qardaşımız Rəvanın nur üzlü nənəsi ilə də bir xeyli danışdıq. O, da Rəvanın hələ uşaqlığından bəri ən şox marağında olan amillərdən danışdı. Fudbola olan marağını isə xüsusiylə vurğuladı onun azarkeşi olduğu komandaya məxsus geyimlərini və aksesuarlarını göstərdi. 
Allah bu ailəyə səbr versin. İnanın ki, sözün bitdiyi yerdə olursan, və bu ürəyi dağlı insanlara nə deyəcəyini bilmir insan.
Allah Rəvan Əliyevə rəhmət etsin. Şəhadətin ali olsun qardaşım.
Azərbaycan xalqı sizi hər zaman uca tutacaq, heç zaman unudulmayacaqsınız.
 
 Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
























ÖNDERTV.ORG

Oxşar xəbərlər