BUZOVNA FİZİOTERAPİYA      MƏRKƏZİ, VALEH EDİR HƏR KƏSİ.
26-02-2025, 14:03
229

BUZOVNA FİZİOTERAPİYA MƏRKƏZİ, VALEH EDİR HƏR KƏSİ.

ONDERTV.ORG

Öz həyatlarını tibb xidmətinə həsr edənlər çox şərəfli insanlardır".
                             Ulu Önder.
Müsahibim: 
ONDERTV.ORG  Vətənim http://xn--azerbaycandr-c5b.az/, 44GÜN.ORG informasiya agentliyi birliyinin baş redaktoru dəyərlimiz Kamran Orucovdur. Kamran müəllim  
Buzovna Fizioterapiya Mərkəzində keçirdiyi günləri çox gözəl hisslərlə ifadə edir:-- "Buzovna Fizioterapiya Mərkəzi Azərbaycanın ən müasir, son standartlara uyğun göstəricilərə malik sağlamlıq mərkəzidir. Qeyd etmək istəyirəm ki, Baş  həkim Əlişova Nüşabə xanımın rəhbərlik etdiyi mərkəzdə İnsanların sağlamlığının keşiyində dayanmağı özlərinə həyat amalı seçənlər bir araya gəliblər. Bir-birindən təvazökar, mehriban, mərhəmətli həkim və tibb işçiləri kollektivinin səyi nəticəsində Buzovna Fizioterapiya Mərkəzində müainə aldım və eyni zamanda istirahət etdim.
Qürurla deyə bilərəm ki, bütün insani keyfiyyətlərə malik tibb kollektivi mütəxəssisləri başda baş həkim  Nüşabə xanım Əlişova olmaqla,  müavini Kərimova İlhamə xanım, Fizoterapevt  Hüseynova Reyhanə xanım, Tibb bacıları: İnarə xanım,  İlhamə xanım, Nəzrin xanım, Gülnarə xanım, Sevin xanım fədakarlıq göstərərək, pak niyyətlə bütün pasiyentlərin sağlamlığının keşiyində dururlar. Mərkəzə müraciət edən xəstələrlə mehriban, səmimi davranışları elə ilk gündən diqqətimdən yayınmadı. Hiss etdim ki, pasentlərin müayinə və sağlamlığından əlavə onların dərin hörmətini qazanmaqları mərkəzin  başlıca iş  prinsipidir. Mərkəzin  Baş həkimi Nüşabə xanım Əlişova  müainə profilaktika, qidalanma, istirahət saatlarının səmərəli keçməsi üçün şəxsən hər dəqiqə xəstələrlə əlaqə saxlayır və onların fikirləri ilə maraqlanırdı. Sağlamlıqları üçün elə həmin anda şərait yaradırdı. Çox gözəl təəssüratlarla mərkəzdən ayrıldım.
Nüşabə xanım başda 
olmaqla sanatoriyanın bütün tibb işçilərinə minnətdaram ".-deyə müsahibimiz sonsuz razılığını bildirdi.
 Biz, Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin kollektivi adından, İnsan həyatı üçün vacib olan sağlamlığımızın keşiyində duran, öz peşəsinin mütəxəssisi olan  Buzovna Fizioterapiya Mərkəzinin bütün kollektivinə xüsusilə Kamran Orucovun istirahət və sağlamlığında əməyi keçən hər kəsə ayrı-ayrılıqda təşşəkkürümüzü bildiririk.
     Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin icraçı direktoru:
    Nailə Muradova.

Oxşar xəbərlər