Mikayıl Cabbarovdan Dünya İqtisadi Forumunun hesabatına dair paylaşım
13-01-2025, 16:53
112

Mikayıl Cabbarovdan Dünya İqtisadi Forumunun hesabatına dair paylaşım

ONDERTV.ORG

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında dair paylaşım edib.
o bu barədə özünün "X" hesabında məlumat verib:
"Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar həmin hesabatda xüsusi vurğulanıb:
- iqtisadi səmərəlilik və sosial fayda;
- strateji biznes imkanları;
- dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı.
Dövlət-özəl tərəfdaşlığının inkişafı ölkəmizdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticələr verir. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır. https://reports.weforum.org/docs/WEF_The_Global_Public_Impact_of_GovTech_2025.pdf…


Oxşar xəbərlər