Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib
7-12-2024, 12:41
108

Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib

ONDERTV.ORG

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, nazir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra Xaçmaz və Şabran rayon sakinlərinin müraciətləri dinlənilib, əksəriyyəti yerindəcə həllini tapıb. Həmçinin bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qalereya











Oxşar xəbərlər