
Gündəm
12-11-2024, 20:45
76
TANRI ONU HƏRB YOLU İLƏ SƏNƏTİN ZİRVƏSİNƏ UCALTDI.
ONDERTV.ORG
Günün qalib Müsahibi: www.veten-ugrunda.az saytının təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş Əsgər mahnısı festivalı Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirildi. On-line başlayan Zəfər gününə həsr olunmuş musiqi müsabiqəsinin qalibi Müsahibimiz: Fərid Mübariz oğlu Kərimovdur..Final mərhələsinə keçən 11hərbi qulluqçu, 1hərbi qulluqçunun ailə üzvü və 1 müharibə veteranı
06.11.2024-cü il tarixində saat 09.00-dan www.veten-ugrunda.az saytının təşəbbüsü ilə on-line başlayan səsvermə 08.11.2024-cü il saat 22:00-da başa çatdı.
Müsabiqənin qalibi 44837balla (31,95%) Fərid Kərimov elan olundu. Baş redaktor Kamran Orucov başda olmaqla Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin nümayəndələri FƏRİD MÜBARİZ OĞLU KƏRİMOVU TƏBRİK EDİR..
Qeyd etmək istəyirəm ki, FƏRİD KƏRİMOV 27.09.1995ci il tarixində Qax rayonunun Şotavar kəndində dünyaya göz açıb. Uşaqlıqdan Hərbə böyük maraq göstərən Fəridin bu arzusu həyata keçməyib. Musiqi onun incə ruhunun ilham qaynağı və xobbisi idi. Az bir zamanda Fərid təhsil aldığı kənd orta məktəbin hətta Qax rayonunda bir çox musiqi tədbirlərinin fəal iştirakçısına çevrildi. Tədbir və konsertlərdə Fəridin səsinin ecazkarlığını eşidənlər onun ifasını xüsusilə alqışlayırdı. Fərid 2013-cü ildə Şəki Musiqi Kollecinin muğam şöbəsinə daxil olur.Təhsilini davam etdirdiyi müddətdə-2018 ci ilədək müxtəlif el şənliklərində çıxış edir, səsiylə könülləri oxşayır. Ailənin yeganə oğul övladı Fərid Kərimov Müharibənin ilk günündən Xüsusi təyinatlı qüvvələr tərkibində Həmlə Taborunda döyüşə qatılır. Murovdağ silsiləsindəki qızğın döyüşlərdə fəal iştirak edir. 27.09.2020 ci il tarixində xalqımızın ümumi dərdi, daxilimizdəki QİSAS hissi Fəridin də ruhunu titrətdi. Bu dəfə Qəhrəmanımız sənətini arzusunda olduğu səngərə dəyişir. Vətən müharibəsi dövründə cəsur şücaət göstərdiyinə görə şəxsən Dövlət başçısı, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin Sərəncamına əsasən “Kəlbəcərin azad olunması”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə yüksək qiymətləndirilir. "Lazım gələrsə, bu gün də canımı Vətənimdən əsirgəmərəm"- deyən Qəhrəmanımız ətrafındakı gəncləri Dövlətə dəstəyə və Prezident İlham Əliyevin ətrafına dəmir yumruğ kimi birləşməyə səsləyir. Fərid Kərimov gözəl ailə başçısı,əsl Atadır. Fərid oğlunu da vətənpərvər ruhda böyüdür.
01.11.2021-ci ildən indiyə kimi Qax rayon Mədəniyyət Mərkəzi, Zəyəm kənd folklor evində metodist vəzifəsində çalışan Fərid Kərimov rayon tədbirlərində və el şənliklərində iştirak edir. Bu ciddi və şərəfli missiyasında Qəhrəman Qazimizə həyat və yaradıcılıq uğurları diləyirik.
Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin icraçı direktoru:
Naile Muradova.

