SUMQAYIT ŞƏHƏRİNDƏ ŞOTOKAN KARATE DO.NUN ÇEMRİONATI KEÇİRİLMİŞDİR
28-07-2023, 12:59
337

SUMQAYIT ŞƏHƏRİNDƏ ŞOTOKAN KARATE DO.NUN ÇEMRİONATI KEÇİRİLMİŞDİR

ÖNDERTV.ORG


SUMQAYIT ŞƏHƏRİNDƏ  ŞOTOKAN  KARATE DO.NUN  ÇEMRİONATI   KEÇİRİLMİŞDİR
Vətənimizin  bir çox rayon və şəhərlərində  Heydər Əliyevin xatirəsini uca tutaraq  Ulu Öndərin 100illiyinə həsr olunmuş müxtəlif idman oyunları bir-birini əvəz edir.  26.07.2023cü il tarixində 
Gənclər və İdman Baş İdarəsi ŞOTOKAN KARATE DO  Federasiyasının birgə təşkilatçılığı ilə
Ulu Öndər Heydər Əliyevin 100illiyinə həsr olunmuş  Sumqayıt şəhərində yarış təşkil olunmuşdur.  Çempionatda Azerbaycan Respublikasının əməkdar məşqçisi, Beynəlxalq dərəcəli 6 dan qara kəmər ustası, Avropa cempionatının qalibi və mükafatçısı, Azərbaycan beynəlxalq Şotokan Karate Do federasiyasının idman mərkəzinin vitse prezidenti Rafayıl Məmmədovun Şotokan Karate Do idman növünün respublikamızda inkişaf etdirilməsində əvəzolunmaz xidmətləri olmuşdur. Bu idman növü Olimpiya proqramına tətbiq olunduqdan sonra Federasiyasının idman mərkəzinin əsas idman növlərindən birinə çevrilib. Federasiyanın təcrübəli məşqciləri Elnur Əliyev və Hacızadə Muradın rəhbərliyi altında 
idmançılarımız tez bir zamanda uğurlar qazanmağa müvəffəq olmuşlar. Məğrur idmançımız Orucov Hacı .. kq çəki dərəcəsində mübarizə apararaq böyük uğura imza atmışdır. Öz yaşıdları arasında bütün rəqiblərinə qalib gəlib, Respublika Çempionu adına layiq görülmüşdür.
Ölkəmizin inkişafı yolunda öz bacarığı və istedadı ilə fəal iştirak edən Vətənim 
Azerbaycandır.az xeber portalı Sumqayıt şəhərində Ulu Önderimizin 100illiyinə həsr olunmuş bu tədbirdə  həmişə olduğu kimi öz postunda idi.. Vətənim-Azerbaycandır.az informasiya Agentliyinin baş redaktoru Kamran Orucov İlk dəfə Şotokan  Karate Do idman yarışını ruh yüksəkliyi ilə canlı izləyirdi. Yarış maraqlı mübarizə şəraitində başa çatdı. Vətənim Azerbaycandır.az informasiya portalının kollektivi qalibləri və yarış iştirakçılarını ürəkdən təbrik edir və onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayır. Yarışların təşkil olunmasında  əməyi olan hakim və məşqçilər heyətinə minnətdarlığımızı bildiririk. Redaktorumuzun maraqlı və çiddi döyüşlərdən əldə etdiyi video çarxları və şəkilləri məmnuniyyətlə sizə təqdim edirik.
Vətənim Azerbaycandır.AZ 
İcraçı direktor: Nailə Muradova


ÖNDERTV.ORG

Oxşar xəbərlər