Niuenin Baş naziri Azərbaycana gəlib
10-11-2024, 18:52
114

Niuenin Baş naziri Azərbaycana gəlib

ONDERTV.ORG

Niuenin Baş naziri Dalton Emani Makamau Taqelaqi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Oxşar xəbərlər