Məşhur hindistanlı yoqin Sadhquru Azərbaycana səfərə gəlib
10-11-2024, 18:40
107

Məşhur hindistanlı yoqin Sadhquru Azərbaycana səfərə gəlib

ONDERTV.ORG

İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Oxşar xəbərlər