
Gündəm
10-11-2024, 18:41
104
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
ONDERTV.ORG
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.