Milli Zəfər günümüz!
5-11-2024, 11:53
365

Milli Zəfər günümüz!

ONDERTV.ORG

Şükürlər olsun ki artıq dörd ildir ki, xalq olaraq, millət olaraq bu möhtəşəm günü bayram edir, sevincini yaşayırıq. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi tarixi ədaləti bərpa etdi. Vətən müharibəsi günlərində bütün Azərbaycan xalqı sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda döyüşmək, qan tökmək bizim ən ümdə amalımızdır. 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızı şanlı Ordumuz cəmi 44 günə azadlığına govuşduraraq bunu hər kəsə bir daha sübut etmiş oldu. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zəkasının ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.
Sevincliyik, bütövlük, azadıq, qalibik, zəfər doluyuq!
Qalib xalqın nümayəndəsi olmag sevinci bizlərə nəsib olduğu üçün çox şanslıyıq.
Bəli azadlıq rahat eldə olunmadığını da dərk edirik, necə ki, xalqımız azadlığı uğrunda minlərlə övladını şəhid verdi və qurbanları hesabına qalibiyyəti qazandı. Allahdan bu yolda can qoyub, qan tökən bütün qardaşlarımıza allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun. 
Cənab Ali Baş Komandanımız, qalib sərkərdəmiz İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna Allahdan can sağlığı arzu edirik!
Qalibiyyətimiz əbədi olsun!
Zəfər günün mübarək Vətənim Azərbaycanım!

Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının  təsisçisi və baş redaktoru Kamran Orucov.

Oxşar xəbərlər