İqtisadi Şuranın növbəti iclası keçirilib
1-11-2024, 23:43
51

İqtisadi Şuranın növbəti iclası keçirilib

ONDERTV.ORG

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.
bu barədə Nazirlər Kabinetindən bildirilib.
Azərbaycan İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət, aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi məsələsi yer alıb.
İkinci məsələdə işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu, Fondun inkişafının və dayanıqlığının artırılması məqsədilə vəsaitlərdən səmərəli istifadə, investisiyaların idarə olunması və investisiya gəlirlərinin artırılması müzakirə edilib.
Üçüncü məsələ kimi əmək bazarının inkişafı üzrə mövcud vəziyyət, əmək və məşğulluq sahəsində əsas islahatlar, rəqəmsallaşma və çağırışlar, əmək bazarında demoqrafik meyllər, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər cari məsələlər olub.
Gündəlikdə olan məsələlər üzrə Mərkəzi Bankın sədri Taleh Kazımovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.
İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov da aqrar sığorta sistemi ilə bağlı çıxış edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qalereya












Oxşar xəbərlər