Əhaliyə SMS göndərən sığorta şirkətlərinə xəbərdarlıq edilib - Taleh Kazımov
23-06-2023, 21:04
207

Əhaliyə SMS göndərən sığorta şirkətlərinə xəbərdarlıq edilib - Taleh Kazımov

ÖNDERTV.ORG


Sığorta agentləri əhalini qorxudur ki, əmlaklarını sığora etdirməsələr, cərimələnəcəklər. Onların bu səlahiyyəti yoxdur.

ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, bu məsələ ilə bağlı sığorta şirkətlərinə və agentlərinə xəbərdarlıq edilib. "Biz istehlakçılardan narahatlıqlar eşidirik. Sığorta şirkətlərinə də, agentlərinə də xəbərdarlıq etmişik ki, istehlakçılara SMS-lər göndərmək, zənglər etmək onların səlahiyyətində deyil", - deyə o əlavə edib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər