"Gənclərin Radikal Təsirlərdən Uzaqlaşdırılması və Vətənpərvərlik Ruhunun Gücləndirilməsi"
8-10-2024, 12:29
476

"Gənclərin Radikal Təsirlərdən Uzaqlaşdırılması və Vətənpərvərlik Ruhunun Gücləndirilməsi"

ONDERTV.ORG

​​​​"100 ildən çox tarixi , on minlərlə üzvü olan Azərbaycan Qadınları Respublika Cəmiyyəti " İctimai Birliyi mütəmadi olaraq şəhər və bölgələrdə yeniyetmə və gənclərin düzgün tərbiyə edilməsi, təhsilə önəm verməsi, vətənpərvər ruhda yetişdirilməsi, milli mənəvi dəyərlərə hörmət etməsi, erkən nigah, boşanma və digər zəruri və təxirəsalınmaz məsələlərə dair maarifləndirici tədbirlər, seminarlar, görüşlər keçirir. Əlbəttə ki, bu tədbirlər  QHT -lərə Dövlət Dəstəyi Agentliyinin diqqət və dəstəyi ilə baş tutur.
 Lakin bu iş ümumi və kütləvi hal almalıdır ki, əvvəlki illərdə nadir rastlaşsaq da, bu gün az qalsın ki, hər gün şahidi olduğumuz arzuolunmaz xəbər və hadisələrin qarşısını ala bilək.  
Elə Şəhid ailələrinin tarixçələrinin internetdən pozulması hər birimizi çox sarsıtdı. Artıq bilirik ki,xüsusi Dövlət orqanları bu məsələlərlə məşğul olurlar və günahkarlar layiqli cəzalarını alacaqlar.Lakin Sosial şəbəkələrdə ölkənin, millətin , ordumuzun ünvanına yazılan nalayiq sözlər və fikirlər  düşünürəm ki , gənclərimizin  müxtəlif Radikar təşkilatlara , dini cərəyanlara qoşulmasının səbəbindəndir. Uşaqların beyninə bu təşkilatların mesajları ötürülür və onlara düzgün olmayan, bəzən isə "qəhrəmanlıq" kimi təqdim edilən bir mübarizə  yolu kimi və ya "ədalət axtarışı " olduğu kimi təbliğ edilir. 
Uşaqları, yeniyetmələri, gəncləri bu fəaliyyətlərdən uzaq tutmaq üçün onları  düzgün təhsilə  yönəltmək , sevgi və dəstəklə əhatə etmək ,  müsbət sosial mühitə yönəltmək ,sağlam informasiya mənbələrini artırmaq, ətraflarını sağlam düşüncəli insanlarla genişləndirmək ,Vətənə,Torpağa,millətə sevgi aşılamaq çox vacibdir. Onların sağlam və təhlükəsiz  böyüməsi , psixoloji dəstək alması və radikal təsirlərdən uzaq tutulması təkcə ailələrin deyil, həm də Cəmiyyətin və Dövlətin birgə fəaliyyətinin nəticəsində ola bilər. 

AQRC" İB  olaraq hər birinizi bu işdə həmfikir, həmrəy və bərabər addımlamağa dəvət edirik.  Bu  təşəbbüslər və birgə səylər gələcəyimizin daha parlaq olmasına xidmət edər və uşaqlarımızın sağlam, şüurlu böyüməsinə töhfə verər.

AQRC İB sədri, 
Bahar Qasımova

Oxşar xəbərlər