
Gündəm
9-08-2024, 19:31
286
Hər körpə bir çiçək, hər çiçək gələcəyə açılan pəncərədir.
ONDERTV.ORG
Hər körpə bir çiçək, hər çiçək gələcəyə açılan pəncərədir. Sabahınız olacaq bu çiçəkləri qorumaq isə ailələrin və təhsil müəssisələrinin üzərinə düşür. Bu baxımdan təlim- tərbiyənin özəyi olan bağçalar onların həyatında mühüm rol oynayır.Quba Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Xaçmaz şəhər 5 nömrəli Uşaq bağçası 2023-2024-cü təhsil ili çərçivəsində bir çox uğurlara nail olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində müxtəlif tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlərdən biri Uşaqları Beynəlxalq müdafiəsi günə həsr olunmuşdur. Xaçmaz şəhər 5 nömrəli Uşaq bağçasının fidanları ümumrayon tədbiridində ətraf aləmə zərər verən polietilen torbalardan hazırlanmış geyimləri nümayiş etdirərək hər bir kəsi heyran qoymuşdur. Balacaların çıxışlarını maraqla izləyən tamaşaçılar bu əl işlərinə böyük qiymət vermişdir və bunun nəticəsi olaraq Quba rayonda hazırlanmış rayon tədbirinə dəvət olunmuşlar və bu dəvətdə Quba Xaçmaz Təhsil İdarəsinin müdiri Coşğun Əliyev tərəfindən sertifikatla təltif olunmuşdur.
Göstərilən etimaddan fərəhlənərək baxçada bir sıra tədbirlər keçirilmişdir. Bu yaxınlarda uşaqlar üçün "Yay festivalı" adlı bir tədbir keçirilmişdir. Bu tədbirin təşkili uşaqların sevincinə səbəb olmuşdur. Uşaqlar tədbirdə su hovuzlarında oynamış, mövsümi meyvəllərindən cürbəcür hazırlanmış təamları dadmışlar. Bağça müasir standartlara cavab verməsə də daim uşaqların qayğısına qalan gülərüz kollektivi var.
Kollektiv olaraq uşaqlara çox gözəl qayğı göstərilir, onların hər tərəfli inkişafı nəzarətdə saxlanılır. 5 nömrəli Uşaq bağçasının müdiri Cəfərova Ruhiyyə başda olmaqla bütün kollektivə uğurlar diləyir,çətin və məsuliyyətli işində öhtəsindən layiqincə gəlməyi arzu edirəm!
Gülxar RƏHİMLi,
http://xn--vtnim_azrvaycandr-rvc227cbag.az/



