
Gündəm
8-08-2024, 15:12
163
Nəhayət nail olduq!
ONDERTV.ORG
Bakı Ali Neft Məktəbi Özbəkistanın ali təhsil müəssisələrinə təhsil proqramlarının ixracına başlayır.SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri zamanı Bakı Ali Neft Məktəbi (BANM) ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında kadr hazırlığı üzrə müqavilə imzalandı.
Bakıda isə 1 avqust 2024-cü il tarixində Buxara Mühəndislik-Texnologiya İnstitutu ilə Bakı Ali Neft Məktəbi arasında kadr hazırlığı ilə bağlı müqavilə imzalanıb. Daşkənd Kimya Texnologiyası İnstitutu, Buxara Mühəndislik- Texnologiya İnstitutu ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması Azərbaycanın təhsil sistemində bir ilkdir. Belə ki, Bakı Ali Neft Məktəbi hər iki Özbəkistan ali təhsil müəssisəsində - Daşkənd Kimya Texnologiyası İnstitutu, Buxara Mühəndislik-Texnologiya İnstitutunda ingilisdilli Kimya mühəndisliyi və Neft-qaz mühəndisliyində magistratura proqramı üzrə kadr hazırlığını həyata keçirəcək.
İkili diplom proqramı və ixtisasların formalaşdırılması prosesini Özbəkistanın "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti maliyyələşdirəcək.
Özbək tələbələr təhsilin birinci ilində Daşkənddə, ikinci ilində isə Bakı Ali Neft Məktəbində təhsillərini davam etdirəcəklər.
Bu layihənin həyata keçirilməsi Özbəkistanda yüksəkixtisaslı ingilisdilli kadr hazırlığına Bakı Ali Neft Məktəbinin böyük dəstəyidir.


