Zaur Qəhrəmanovun yerinə o təyin edildi
22-02-2023, 10:21
124

Zaur Qəhrəmanovun yerinə o təyin edildi


ÖNDERTV.ORG

“SOCAR Türkiyə’’nin Neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadov şirkətin baş direktoru vəzifəsinə təyin olunub.
SOCAR-dan verilən məlumata görə, Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb.
2003-cü ildən etibarən 11 il müddətində PwC şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən “Petkim”də, həmçinin STAR NEZ, “Petkim”, “SOCAR Depolama” və “SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib. “Harvard Business School”da müxtəlif peşəkar təhsil və sertifikat proqramlarını tamamlayan Elçin İbadov iqtisadiyyat, mühasibatlıq, maliyyə, beynəlxalq maliyyə hesabatları standartları və maliyyə auditi mövzularında bir neçə dərsliklərin müəllifi, ACCA, ACFE və IIA kimi beynəlxalq maliyyə və audit təşkilatlarının daimi üzvüdür.
2016-cı ildən “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsində çalışan Zaur Qəhrəmanov isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

ÖNDERTV.ORG

Oxşar xəbərlər