Gündəm
3-08-2024, 12:37
93
Qeyri qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir - FOTO
ONDERTV.ORG
Azərbaycan Standartlaşdırma İnstitunun baş direktoru İlham Bayramovun rəhbərliyi altında gələn heyət MÜSİAD Azərbaycan dərnək mərkəzimizdə İdarə Heyətimizin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvlərimiz və üzvlərimizlə bir araya gəlmişdir.görüş zamanı geniş fikir mübadiləsi aparıldı, təqdimatlar dinlənildi, əməkdaşlıq perspektivlərini müzakirə edildi. Qeyri qida sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması üçün təkliflər dilə gətirildi.
Qida sahəsində olduğu kimi qeyri qida sektorunda da təkmilləşdirilmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qeyri qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir. Xüsusilə öllkəmizə idxal olunan məhsulların standartın tələblərinə uyğunluğuna nəzarətin demək olar ki, olmamasının təhlükəsizlik baxımından təhdid olduğu qənaətindəyik.
Bu isə öz növbəsində sağlam rəqabət mühitin formalaşmasına da ciddi təsir edir. Eyni zamanda istehlakçılar arasında standartlaşma ilə bağlı maarifliliyin artırılması istiqamətində bəzi addımlar atılması gərəkdiyini düşünürük.
Ötən il dövlət başçımız tərəfindən təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə aidiyyatı dövlət qurumlarımızın qarşısında duran önəmli bir məsələ olduğunu göstərir.
Azərbaycan Milli Standartlaşdırma İnstitutu ötən 2 il ərzində ciddi məsafələr qət etmişdir. İnanırıq ki, qısa zamanda qeyri-qida sektorunda da standartlaşmanınn təkmilləşdirilməsi baxımından müsbət dinamikaların şahidi olacağıq.
Azərbaycan Milli Standartlaşdırma İnstitutunun rəhbəri İlham müəllimə və bərabərindəki heyətə təşəbbüslərindən və ziyarətlərindən dolayı təşəkkür edirik. MÜSİAD olaraq bizlər də bu proseslərdə fəal iştirak etməyə, beynəlxalq təcrübəmizi paylaşmağa, əlimizdən gələn dəstəyi verməyə hazırıq.