“Məktəblilərin düzgün qidalanması ilə bağlı tədbirlər görülür”  Sosial 13:28  Oxunma sayı: 613
14-09-2023, 15:48
64

“Məktəblilərin düzgün qidalanması ilə bağlı tədbirlər görülür” Sosial 13:28 Oxunma sayı: 613

ÖNDERTV.ORG

“Qida Təhlükəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyi arasında fəal əməkdaşlıq aparılır, xüsusən də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair tədbirlər həyata keçirilir”.
ÖNDERTV.ORG  xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib k, həssas əhali qrupları arasında qida təhlükəsizliyi barədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi zəruri hesab olunur: “Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində yaradılmış Qida Təhlükəsizliyi İnstitutu maddi - texniki bazasına, kadr və elmi potensialına görə əminliklə deyə bilərik ki, nəinki regionda, hətta beynəlxalq miqyasda qabaqcıl və etibarlı müəssisə kimi qəbul olunur. İnstitutun tabeliyində qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması üzrə ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyalar gənc kadrların hazırlanmasında mühüm rol oynayır.
Təbii ki, bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyin və təlimatların mövcudluğu da əsas şərtdir. İstehsalçılar qəbul olunmuş təhlükəsizlik və keyfiyyət standartlarına əməl edərək məhsulların sağlamlığa təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyırlar. Bu həm də qlobal təchizat zəncirində proseslərin sürətli bir şəkildə reallaşmasını, sərhədlərarası əməliyyatları asanlaşdırmış olur”.

Oxşar xəbərlər