
Gündəm
9-07-2024, 19:51
129
Nazir: "COP29 çərçivəsində müxtəlif təşəbbüslərin müzakirəsi üçün platformalar yaratmağa hazırıq"
ONDERTV.ORG
Dünya ölkələri dəniz yük daşımaları və aviasiya sahəsində xüsusi verginin (həmrəylik vergisi) tətbiqini müzakirə edirlər.bunu COP29-un prezidenti Muxtar Babayev bildirib.
"Bir neçə ölkə dəniz nəqliyyatı ilə yük daşınmasına, hava səyahətlərinə vergi tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib ki, bu da əsasən "biznes-klas" sərnişinlərinə və ya çarter reyslərə və s. şamil edilir. Hər kəsin yanaşması fərqlidir, bu, müzakirə mövzusudur. Belə təşəbbüslər üçün biz Bakıda belə məsələlərin müzakirə oluna biləcəyi platformalar açmağa hazırıq", - deyə o bildirib.
Onun sözlərinə görə, bu ideyanı fəal şəkildə təbliğ edənlər arasında Barbadosun Baş naziri Mia Mottli də var:
"Qərarları Azərbaycan qəbul etmir, ölkəmiz platformalar yaradır və müzakirələr zamanı 200 ölkə razılığa gəlməlidir".
Ötən həftə BMT-nin baş katibi Antonio Quterreş karbon emissiyalarının və fossil yanacaqlarla işləyən şirkətlərin izafi mənfəətinin vergiyə cəlb edilməli olduğunu bildirib.