Ərdoğan Putin və Quterreşlə İsrail-Fələstin münaqişəsini müzakirə etdi - Yenilənib
11-10-2023, 08:31
186

Ərdoğan Putin və Quterreşlə İsrail-Fələstin münaqişəsini müzakirə etdi - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putin və BMT Baş katibi Antonio Quterreşlə telefonla danışacağını bildirib.
Öndertv.org” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Danışdıq əsnasında Ərdoğanın İsrail-Fələstin münaqişəsi ilə bağlı müzakirələr aparacağı bildirilib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Danışıq zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

Həmçinin, regionda humanitar ehtiyacların ödənilməsi üçün hansı təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib.
Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığın təmin edilməsi üçün hər cür səy göstərməyə davam edəcəyini bildirib.

Həmçinin, Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə də telefon danışığı aparıb.
Danışıq zamanı İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımlar müzakirə edilib.
Ərdoğan tərəflərin təmkinli davranmasının və impulsiv addımlardan qaçmasının çox vacib olduğunu bildirib.

Oxşar xəbərlər