Qarabağ Universitetində yeni TƏYİNAT
8-07-2024, 18:28
180

Qarabağ Universitetində yeni TƏYİNAT

ONDERTV.ORG

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
 
universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb.
 
Aytən Quliyeva 1985-ci ildə anadan olub. O, pedaqoji və inzibati idarəetmə istiqamətləri üzrə təhsil alıb. Əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.
 
Aytən Quliyeva 2021-2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.
 
Evlidir, iki övladı var.

Oxşar xəbərlər