
Gündəm
14-06-2024, 11:10
176
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Riyaziyyat və informatika kafedrasının müəllimi Səməd Çərkəzovun yeni kitabı işıq üzü görüb.
ONDERTV.ORG
Orta məktəblərdə riyaziyyatın tədrisində X-XI siniflərdə riyazi analizin bəzi mövzularının tədrisi metodikası adlı metodik vəsait ADPU-nun Quba filialının Elmi Şurasının 07 may 2024- cü il tarixli iclasının qərarına əsasən çap olunmuşdur.
Kitabda əsasən X-XI siniflərdə riyazi analiz fənninin bəzi mövzularının tədrisi metodikası, həmçinin onların tətbiqlərinin öyrənilməsindən bəhs edir. Bunlarla yanaşı gənc müəllimlərə motivasiya olaraq bir neçə mövzunun tədrisinə aid dərs icmalı nümanısi də verilmişdir.
Metodik vəsaitin rəyçiləri ADPU-nun Quba filialının direktoru, dosent, Fizika üzrə elmlər doktoru, Yusif Alıyev və riyaziyyat üzrə elmlər doktoru, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi Telman Qasımovdur.
Kitabın redaktoru Riyaziyyat üzrə fəlsəfə doktoru, ADPU-nun Riyaziyyat və informatika kafedrasının müdiri Nurbala Süleymanovdur.
Hörmətli Səməd müəllimi növbəti metodik vəsaitinin işıq üzü görməsi münasibəti ilə təbrik edir bundan sonrakı fəaliyyətində də sonsuz uğurlu nəticələr arzu edirik.

