Quba rayonunda “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində IV-cü Dəyirmi masa keçirildi.
6-06-2024, 09:40
55

Quba rayonunda “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində IV-cü Dəyirmi masa keçirildi.

ONDERTV.ORG

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində May ayının 29-da Dəyirmi Masa keçirildi. 
Layihənin əsas prioritet məqsəd olaraq yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Dəyirmi masanın davamlı olaraq həyata keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri üçün yerli fəaliyyət planlarının hazırlanmasıdır. Dəyirmi masada müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatlarının iştirakı ilə maraqlı müzakirələr aparıldı. 
İştirakçılar tərəfindən altı aylıq müddətdə görülən işlərin slayd formatında təqdimatı maraqla qarşılanıb. 
Dəyirmi masada “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova layihənin fəaliyyəti zamanı görülən işlərin nəticələri, həyata keçirilən tədbirlərdən sonra həllini tapmış problemlər barədə iştirakçılara slayd təqdimatı formatında ətraflı məlumat verib. Koordinasiya Şurasının sədri Nəhayət Şirinovanın region üzrə görülən işlərin təqdimatı dinlənilib.  Nəhayət xanım dövlət qurumlarının  əməkdaşları ilə birgə görülən  işlər, həllini tapmış sahələr, nəticə etibarı ilə əlil qadınlara göstərilən xidmətlər barədə dəyirmi masa iştirakçılarına əhatəli məlumat təqdim edib. Layihə üzrə əlilliyi olan qadın və qızlara seminarların keçirilməsi üzrə təlimçi, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə seminarların nəticəsində əlilliyi olan qadınlar arasında hüquqlarının bilmələrinin, bu səbəbdən bir çox problemlərin həllində özlərinin fəallıq göstərmələrinin  müsbət göstəricilərindən danışdı. Qusar və Xaçmaz rayonlarının koordinatorlarının hesabatları dinlənilib.  Koordinasiya şurasının digər üzvləri tərəfindən birgə əməkdaşlığın müsbət nəticələri, görülən işlər haqqında hesabat təqdim edilib. Tədbirdə əlil qadın və qızların ictimai yerlərdə qarşılaşdıqları problemlər, onlara qarşı ayrıseçkilik və onların həlli yolları barədə iştirakçılar tərəfindən geniş müzakirələr aparıblar. Layihə çərçivəsində yaradılmış Koordinasiya Şurasının üzvləri tərəfindən görülən işlərin müsbət göstəriciləri, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib. Müzakirələr zamanı dövlət qurumlarının əməkdaşları tərəfindən əlilliyi olan qadınlara qarşı həssas yanaşma, davranış qaydaları, onların qarşılaşdıqları problemlərin tez zamanda  aradan qaldırılması kimi məsələlərə toxunulub. Əlilliyi olan qadınlara və qızlara "PROBLEMSİZ HƏYAT" devizi ilə, yaranan problemlərin həllində dəstək olmağın önəmliliyi vurğulanıb. Dəyirmi masada Quba, Qusar, Xaçmaz rayonlarının dövlət qurumlarının 35 nümayəndəsi iştirak etmişdir.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Uğurlar arzu edirik.

Oxşar xəbərlər