Monitorinq Mərkəzi “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirib
1-06-2024, 13:29
246

Monitorinq Mərkəzi “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirib

ONDERTV.ORG

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.
Mərkəzdən bildirilib ki, tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova, Vüqar Qurbanov və Səddam Muxtarlı, həmçinin Təhsil Kompleksinin direktoru Sara Xanlarova və müəllim-şagird heyəti iştirak ediblər.
Çıxışçılar Sara Xanlarova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etməklə mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 
Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Şagirdlərin söylədikləri şeirlər və onların ifasında “Turacı” rəqsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Oxşar xəbərlər