Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin
19-04-2024, 16:50
34

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ÖNDERTV.ORG

Ağgöl Milli Parkı ölkəmizin ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir və nadir təbii landşaftı ilə daim diqqət mərkəzindədir. Parkın digər özəlliyi isə yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Ağgöl Milli Parkına təşkil edilən mediatur zamanı bildirib ki, Ağgöl Milli Parkında lalələr hər il aprelin əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq həmin ayın ortalarına, bəzən isə ikinci ongünlüyünədək davam edir.
"Təxminən 100 hektarlıq ərazidə qırmızı xalıya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir.
Parkın zəngin su-bataqlıq ekosisteminə ayrıca rəng qatan həmin mənzərəni görmək üçün turistlərin vaxt itirmədən elə Ağgöl Milli Parkından salması tövsiyə edilir. Hər kəsi füsunkar mənzərədən zövq almağa dəvət edirik", - deyə İ.İbrahimova qeyd edib.

Oxşar xəbərlər