Bakının Nizami rayonunda yaşıllıq məhv edilir - FOTO/VİDEO
7-04-2024, 14:36
36

Bakının Nizami rayonunda yaşıllıq məhv edilir - FOTO/VİDEO

ÖNDERTV.ORG



Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında meyvə ağaclarının qanunsuz şəkildə kəsildiyi bildirilir.

ÖNDERTV.ORG-ın məlumatına görə, ağacları qurutmaq üçün onların dibində ocaqlar da qalanır.

Bununla bağlı Oxu.Az-ın sualını cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda Dövlət Ekoliji Təhlükəsizlik Xidmətinin əməkdaşları sözügedən ərazidədirlər və araşdırma aparırlar.
Görüntüləri təqdim edirik


 




Oxşar xəbərlər