Ermənilərin "qələbə simvolu" olan tank Hərbi Qənimətlər Parkında - YENİLƏNİB - VİDEO - FOTO
23-09-2023, 17:03
78

Ermənilərin "qələbə simvolu" olan tank Hərbi Qənimətlər Parkında - YENİLƏNİB - VİDEO - FOTO

ÖNDERTV.ORG

Ermənilərin Birinci Qarabağ müharibəsində "özlərinin qələbə rəmzi" kimi Xankəndi-Şuşa yolunda yerləşdirdikləri tank demontaj olunaraq ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, texnika nümayiş olunması üçün parkda yerləşdirilib.
***
11:13
Xankəndi-Şuşa yolunda ermənilərin Birinci Qarabağ müharibəsində "qələbəsinin" "simvolu" olan tank Bakıya gətirilib.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Tank Bakıda yerləşən Hərbi Qənimətlər Parkına yerləşdirlib.
Qeyd edək ki, həmin tank ötən gün sökülərək Bakıya yola düşüb.
Xatırladaq ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
***
23:08
Albert Aqarunovun Şuşada vurduğu tank 31 ildən sonra Bakıya gətirildi.
ÖNDERTV.ORG bizim.media-ya istinadən bildirir ki, bununla bağlı video görüntülər "telegram" kanallarında yayılıb.
Bildirilir ki,  tank hazırda Qənimətlər parkına aparılır.
Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. 
Birinci Qarabağ müharibəsindən sonra isə bərpa edilərək, Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
Həmin görüntüləri təqdim edirik

Oxşar xəbərlər