Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
19-04-2024, 16:45
120

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

ÖNDERTV.ORG


İsrail ilə İran arasındaki gərginliklə bağlı hər iki tərəf fərqli fikirlər ifadə edir. Mövzu ilə bağlı aydın fikir bildirilmir.

ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında deyib.

Aprelin 22-də İraqa edəcəyi səfər barədə danışan Ərdoğan bunun əslində ertələnən bir ziyarət olduğunu bildirib. Qeyd edib ki, səfər çərçivəsində İraq Prezidenti və Baş naziri ilə görüşlər keçiriləcək, iki ölkə arasındakı məsələlər müzakirə olunacaq.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Türkiyəyə nəzərdə tutulan səfərləri haqqında danışan Ərdoğan Mitsotakisin may ayına planlaşdırılan bu ziyarətinin Türkiyə-Yunanıstan əlaqələrində mühüm mərhələ kimi qiymətləndirib.
Bildirilib ki, Ştaynmayerin səfəri zamanı Türkiyə ilə Almaniya arasında siyasi, hərbi, iqtisadi və kommersiya əlaqələri müzakirə ediləcək. Prezidentlərin görüşündə Almaniya-Türkiyə münasibətlərini daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Oxşar xəbərlər