Hikmət Şikarov - 55
8-04-2024, 21:20
59

Hikmət Şikarov - 55




    Bu gün dəyərli ziyalımız, elinə və obasına bağlı, milli dəyərlərə, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq şəxsiyyət, hər zaman dövlət maraqlarını şəxsi mənafedən üstün tutan əqidəli dövlət xadimi, bacarıqlı mütəxəssis, məsuliyyətli rəhbər və gözəl şəxsiyyət, qayğıkeş ailə başçısı Şamaxı Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini HİKMƏT ŞİKAROVun doğum günüdür. 
    Hörmətli Hikmət müəllim! 
Doğum günü insanın həyatında  yaddaqalan hadisə kimi yaşanmış ömrə hesabat məqamıdır. Böyük və zəngin tale yaşamısınız bu qısa dövr ərzində. Məktəb, tələbəlik, Qarabağ savaşı və müstəqil dövlətimizə layiqli xidmətdə keçib mübarizə ruhlu mənalı ömrünüz. Yaşadıqlarınızla qürur duymaq haqqınız var, zənnimcə bu sizin həyat və onun sınaqları qarşısında qələbəniz deməkdir. Xoşbəxt insansınız ki, Zəfər tarixini yaşadınız. Bu gün də məsul vəzifədə həm yüksək əqidəli dövlət xadimi, həm də vətənpərvər insan, sadəliyi və səmimiyyəti, həssaslığı və xeyirxahlığı ilə seçilən və sevilən, öz Prezidentinə və xalqına nüfuz qazandırmağı bacaran dövlət məmuru kimi böyük hörmət sahibisiniz.. 
Sizi gözəl yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, arzumdur ki, bu gün yubiley kimi qeyd etdiyiniz 55 kimi həyat imtahanlarından alacağınız 5-lər ömrünüzü bəzəsin! Həmişə gənclik ruhu ilə yaşadığınız zəngin taleyinizlə gənc nəslə örnək olasınız! Azad Vətənimizdə azad və firavan həyat, sağlamlıq və xoşbəxtlik, uğur və fərəh, yeni-yeni zirvələri fəth etməyinizi arzulayıram!
Böyük hörmətlə :  Ofelya Babayeva

Oxşar xəbərlər