ŞƏRƏFLİ  HƏYAT  TƏBRİKLERİ
24-08-2023, 13:49
123

ŞƏRƏFLİ HƏYAT TƏBRİKLERİ

ÖNDERTV.ORG.
Hər bir millətin gücü onun  təbii sərvətlərindən ibarət deyil. Ölkəmizin inkişafı üçün ən böyük sərvət  onun Ziyalılarıdır.  
Mənəviyyatca zəngin,
İntelektual potensialı güclü olan, yüksək əxlaqi şəxsiyyət kimi tanıdığım:

Sovet dövrünün fəal jurnalisti, Müasir Azerbaycanın mətbuat qurucularından olan  diplomatı, hal hazırda 
  "XALQ"-qəzetinin müxbiri, dəyərlimiz HƏSƏNOV İLQAR MUSA  OGLU tutduğu mövqedən asılı olmayaraq, bu günə kimi dəyərini hələ də özündə saxlayan şəxsiyyət kimi tanınır. Adı ilə hər yerdə fəxrlə danışdığımız İLQAR müəllim çox sadə və təvazökardır.
 Azərbaycanın uğurlu gələcəyi onun vacib missiyasıdır.  Dəyərli müxbirimiz qısa və konkret fikirlərilə daima öz həmkarlarına örnək olmuşdur. Həmişə olduğu kimi mənəvi dəyərləri üstün tutan İLQAR müəllim Ölkəmizin  müstəqilliyinin qorunmasında, beynəlxalq arenada Vətənimizin hər tərəfli inkişafı üçün tam gücü ilə fəaliyyət göstərməkdədir.
Mədəniyyətimizə, tariximizə, ənənələrimizə çox böyük hörmətlə yanaşan müxbirimiz  bütün çətinliklərə  baxmayaraq dinimizi- dilimizi qoruyub saxlamağı bacaran, sözün əsil mənasında bir  ziyalı şəxsiyyət kimi daima cəmiyyətimizin qələm adamlarına xüsusi hörmətlə yanaşıb.  Azərbaycana hobbi kimi deyil, sevimli bir həyat kimi baxan İLQAR müəllimin timsalında dövlət ziyalılarına böyük  ehtiyacımız var.
Baş redaktor Kamran Orucov başda olmaqla
 OnderTv.Org. informasiya agentliyi kollektivi 
HƏSƏNOV İLQAR  MUSA OGLUNU AD GÜNÜ münasibətilə TEBRİK EDİR.
Cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik, həyat və yaradıcılıq uğurları arzu edirik. Sevdiklərinizlə birlikdə 
100yaşayın dəyərli şəxsiyyət..
ONDERTV.ORG informasiya agentliyinin icraçı direktoru: Nailə Muradova.

Oxşar xəbərlər