
Gündəm / Siyasət
15-03-2024, 23:13
148
Azad edilən ərazilərdəki qəbiristanlıqlarla bağlı TƏKLİF
ÖNDERTV.ORG
“Təklif edirəm ki, mərhələli şəkildə dünyasını dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfninə şərait yaradılsın”.
“
ÖNDERTV.ORG xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə qəbiristanlıqların bərpası prosesinə başlanılmalıdır:“Bəzi qəbiristanlıqlarda sümüklər açıq-aydın ortada qalıb. Bu prosesi mümkün qədər sürətləndirməliyik”.
Deputat bildirib ki, bu gün ölkədə Böyük Qayıdış prosesi uğurla davam etdirilir:
“Bu gün hər bir məcburi köçkün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğı və diqqətini üzərlərində hiss edirlər”.