
Gündəm / Siyasət
1-10-2023, 17:39
210
“İşğaldan azad olunmuş ərazilərdə yeni prokurorluq binaları inşa ediləcək”
ÖNDERTV.ORG
“İşğaldan azad olunmuş bütün ərazilərdə mülki prokurorluqlar mövcuddur”.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev məlumat verib.
Baş prokuror bildirib ki, hazırda bu proses davam etdirilir:
“Bu yaxınlarda Laçın rayonunda yeni inzibati binanın açılışını etdik. Gələcəkdə də bu işlər davam etdiriləcək və yeni prokurorluq binalarının inşası təmin ediləcək”.