
Gündəm / Siyasət
10-03-2024, 15:08
221
Türkiyənin "Doğan Geotermal Qrup" şirkəti 1989-cu ildən etibarən geotermal enerji sahəsində 35 ildir liderdir.
ÖNDERTV.ORG
Türkiyənin "Doğan Geotermal Qrup" şirkəti 1989-cu ildən etibarən geotermal enerji sahəsində 35 ildir liderdir. Həmin Qrup öz ölkəsinin təbii resurslarını qiymətləndirərək onları insanların istirahəti və müalicəsi, eyni zamanda əyləncəsi üçün xidmət sahələrinə çevirir.

Budur, indi də Qrupun Şamaxıda təbii resurslardan (mineral su) istifadə etməklə ilk layihəsi olan "Hattuşa" tətil klubunun təqdimatı mərasimindəyik. Tədbir Bakının "Sapfir" Sarayında keçirilir.

Tədbirdə açılış nitqini və Qrupun fəaliyyətini əks etdirən çəkdiyim 20 qəqiqəlik canlı yayını Facebook səhifəmdən izləyə bilərsiniz. Aşağıda isə həmin videoda gostərilən obyektlərin və zaldakı iştirakçıların fotolarından ibarət foto-sessiyanı təqdim edirəm.




